MKT İstehsalat Kommersiya MMC

Maliyyə nəzarəti üzrə baş mütəxəssis

Ə/h razılaşma ilə 196
Tam iş günü
Bakı, Azərbaycan
12.02.24 - 13.03.24

İş haqqında məlumat

  • Şirkət üzrə əməliyyatların təbiətinə uyğun şəkildə uçot müxabirləşmələrinin düzgün həyata keçirilməsinə nəzarət etmək;
  • Subsidiyaların uçotu üzrə məlumatların hazırlanması və bu sahədə işləri yoxlamaq;
  • Şirkət üzrə xidmət işlərinin müqavilələrə uyğunluğunu yoxlamaq;
  • Material silgilərinin normativlər üzrə silinməsinə nəzarət etmək;
  • İşəmuzd əmək haqqıların normativlər əsasında hesablanıb ödənilməsinə nəzarəti təşkil etmək;
  • Fermerlərdən qəbul olunmuş pambığın sistemlərarası düzgün inteqrasiyasına nəzarət etmək;
  • Emala verilən pambığın sistemlərarası düzgün inteqrasiyasına nəzarət etmək;
  • Bioloji aktivlər üzrə xərc maddələrinə uyğun silgilərin aparılmasına nəzarət etmək;
  • İcarə müqavilələri üzrə borclara nəzarət etmək;
  • Satış əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini vaxtaşırı yoxlamaq;
  • Gübrə və pestisidlərin fermerlərə satışı zamanı fermer kartlarından silinmiş vəsaitlərin fermerlər üzrə düzgün silinməsinə nəzarəti təşkil etmək;
  • Təhtəl hesab və maddi məsul şəxslər üzrə qalıqların silgisinə nəzarət etmək;
  • Filiallarda kassa qalıqlarının bank hesablarına vaxtında köçürülməsinə və uçotda düzgün əks olunmasına nəzarət etmək;
  • Fermerlərə verilən nağd vəsaitlərin uyğunluğunu yoxlamaq;
  • Rəhbərlik tərəfindən tapşırılan digər işləri icra etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:30 - 18:30;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Biznes Mərkəzi.

Tələblər

  • Təhsil: Ali (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli);
  • Təcrübə: Maliyyə sahəsində (əsasəndə istehsalat sektoru üstünlükdür) 3 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel,Outlook), 1C sistemi üzrə biliklər;
  • Əlavə nəaliyyətlər (ACCA və ya CIMA ) üstünlükdür.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar