Bakı,
Azərbaycan
14.08.23
-
13.09.23
İş haqqında məlumat
- Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsi;
- Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, beynəlxalq maliyyə hesabatı standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi;
- Aylıq və illik hesabatların hazırlanma proseslərinin əlaqələndirilməsi;
- Maliyyə əməliyyatlarının keyfiyyətinə nəzarətin və maliyyə hesabatlarının təqdim edilməsinin təmin olunması;
- Maliyyə hesabatı sistemlərinin, uçot və investisiya fəaliyyətinin qiymətləndirilməsi və prosedurların, əməliyyat sistemlərinin, büdcələrin və digər maliyyə-nəzarət funksiyalarının dəyişdirilməsinə dair tövsiyələrin verilməsi;
- Xarici audit üçün materialların və xarici qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, xarici auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi;
- Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması;
- Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək;
- Analitik və xüsusi hesablara aid layihərə və prosedurlara aid xüsusi hesabatlar tərtib edərək müsahibatlıq bağlanma prosesinə dəstək;
- Aylıq, rüblük, yarım-illik və illik beynəlxalq maliyyə hesabatı standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat uçotu və təlimatların düzgün tətbiqi ilə bağlı texniki mühasibatlıq araşdırmalarına, o cümlədən yeni mühasibat uçotu prinsiplərinin tətbiqinə dəstək;
- Maliyyə modellərinin və yeni hesabatların yaradılması, saxlanılması və ötürülməsi;
- İş yeri: Qaradağ rayonu (müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var).
Tələblər
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə və ya biznes üzrə bakalavr dərəcəsi);
- Təcrübə: Əlaqədar sahə üzrə minimum 3 il;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
- Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə biliklər;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
- Analitik düşüncə;
- Effektiv kommunikasiya;
- Vaxtın düzgün idarə edilməsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Bütövlük.
Maliyyə
Tikinti və təmir