Libraff

Maliyyə funksiyasının rəhbəri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
05.04.24 - 05.05.24

İş haqqında məlumat

  • Şirkətin uğurlu inkişafı üçün maliyyə siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; 
  • Bazar dəyişikliklərini təhlil etmək, proqnozlaşdırmaq və gələcək üçün strateji planlar hazırlamaqla direktora dəstək olmaq;
  • Şirkətin maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması;
  • Şirkətin maliyyə aktivlərini idarə etmək, illik büdcəni planlaşdırılmaq və xərclərə nəzarət etmək;
  • Şirkətdə maliyyə durumunu təhlil etmək, proqnozlar vermək və bu prosesə uyğun şirkətin maliyyə strategiyasını qurmaq və maliyyə fəaliyyətini idarə etmək;
  • Şirkətin strategiyasına uyğun pul hərəkətləri və maliyyə-mühasibatlıq üzrə aparılan proseslərə nəzarət etmək;
  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və şöbə daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək; 
  • Audit, mühasibatlıq və maliyyə-mühasibatlıq sahəsində aparılan digər hesabatları analiz etmək;
  • Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
  • Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək;
  • Maliyyə və kassa intizamına ciddi riayət edilməsinə nəzarət yetirmək, mövcud olan riskləri araşdırıb aradan qaldırmaq;
  • Müvafiq yerli və xarici ödənişləri və pul köçürülmələrinin rəhbərliyin təsdiqindən sonra həyata keçirmək və icrasına nəzarət etmək;
  • Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir;
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur;
  • İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C.

Tələblər

  • Təcrübə: Maliyyə sahəsində və rəhbər vəzifədə minimum 3 (üç) il iş təcrübəsi; 
  • Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya aidiyyatı sahə üzrə ali təhsil;
  • Kompüter bacarıqları: Yüksək səviyyədə Excel bilikləri;
  • Maliyyə əsasları (BMHS və s.) və vergi qanunvericiliyi üzrə biliklər;
  • Analitik düşüncə;
  • Komanda idarəetmə bacarığı;
  • Yüksək şifahi və yazılı kommunikasiya bacarığı;     
  • Peşəkar idarəetmə bacarıqları;
  • Düzgün planlama və vaxtı idarə etmə bacarığı;
  • Aidiyyatı sahə üzrə sertifikatların (ACCA, CIMA, CFA və s.) olması arzu olunandır.


Oxşar vakansiyalar