Burger King

Mal-material və əmək haqqının hesablanması üzrə mühasib

1000 - 1500 ₼ 146
Tam iş günü
Bakı, Azərbaycan
23.01.24 - 22.02.24

İş haqqında məlumat

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını  təmin edilməsi;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlanması;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edilməsi;
  • Daxil olan sənədlər əsasında (İnvoice və.s) İİKO proqram təminatında mal-materialların faktiki maya dəyərinin formalaşdırılması və aylıq yoxlanılması;
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
  • Anbara daxil olan malların qeydiyyatının aparılmasının yoxlanılması;
  • Anbar mal çıxışının nəzarət edilməsi və sənədləşdirilməsi;
  • Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Əmək haqqı, məzuniyyətlərin və xəstəlik vərəqələrinin hesablanması;
  • İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması;
  • Mühasibat məlumatlarını 1C bazasına vaxtlı-vaxtında işlənməsi;
  • Restoranlarda aparılan inventarizasiya nəticələrinin nəzarət edilməsi;
  • Rəhbərliyin tapşırdığı işlərin icrası;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Yaş: 25-35;
  • Təhsil: Ali (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
  • Təcrübə: Minimum 2 il mühasibat sahəsində iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili üzrə mükəmməl biliklər (Rus dili bilənlərə üstünlük verilir);
  • Kompüter bacarıqları: Microsoft Office proqramları üzrə mükəmməl biliklər, 1C 8.3 və İİKO proqramlarında sərbəst işləmək bacarığı;
  • Mühasibat uçotu üzrə biliklər;
  • Məsuliyyətli, dəqiq, diqqətli və komandada işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar