EUROSTAR Group

Mal-material üzrə mühasib

800 ₼ 0
Tam iş günü
Bakı, Azərbaycan
12.09.24 - 12.10.24

İş haqqında məlumat

  • Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C və digər vasitələr) əlavə etmək;
  • Anbardan məxaric olunacaq mal-materialların müvafiq sənəd və qaydalarla təhvil verilməsi üçün mühasibat uçotu registrlərində uyğun əməliyyatları icra etmək;
  • Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək;
  • Mədaxil əməliyyatları üzrə nağdsız ödənişlərin icra olunması üçün təqdim olunan hesab-faktura əsasında mühasibat uçotu registrlərində öhdəlik əməliyyatlarını yaratmaq;
  • Anbar sayımlarında iştirak etmək;
  • Aylıq hesabatların hazırlanması.
  • Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
  • Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
  • Lazım gəldikdə şirkətin rayonda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
  • Baş mühasibin verdiyi tapşırıqların yerinə yetirilməsi.
  • Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq mal-material silgisinin edilməsi və sənədlərin hazırlanması.
  • 5 gün iş günü
  • İş qrafki: saat 09:00-dan 18:00-na kimi
  • AR ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.

Tələblər

  • Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
  • Microsoft Excel, Microsoft Word, 1C 8.3 mühasibatlıq kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Komanda ilə işləmə bacarığı;
  • Gərgin iş tempinə uyğunlaşa bilən;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
  • Nizam-intizamlı, məsuliyyətli olmalı.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar