Papa John’s

Mal-material üzrə mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
23.04.24 - 23.05.24

İş haqqında məlumat

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
  • 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
  • Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
  • Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması;
  • Kreditorlarla üzləşmələrin aparılması;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi.

Tələblər

  • Təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli,rus dili arzuolunandır;  
  • Kompüter bacarıqları: 1C/8.3 proqramını yüksək səviyyədə bilmək, MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq;
  • Komandada işləmək bacarığı.


Oxşar vakansiyalar