Bakı,
Azərbaycan
26.08.24
-
25.09.24
İş haqqında məlumat
- Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan sifarişlərin təqib olunması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
- Malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq mal-material silgisinin edilməsi və sənədlərin hazırlanması;
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur;
- İşçi illik check up paketi ilə təmin olunur;
- İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
Tələblər
- Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr);
- Mühasibatlıq sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- ERP proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel);
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Mükəmməl ünsiyyət və təqdimat bacarıqları;
- Detallara diqqət və dəqiqlik;
- Tibb sektorunda iş təcrübəsi üstünlükdür.
Mühasib
Səhiyyə xidmətləri
Elanın müddəti bitmişdir