Avrora Qrup

Mal-material, avadanlıq üzrə satınalma mütəxəssisi

Ə/h razılaşma ilə 1915
Tam iş günü
Bakı, Azərbaycan
22.01.25 - 22.02.25

İş haqqında məlumat

  • Tələb sorğuları icra edir;
  • Sistemdə mövcud olan sifarişləri təhlil edir;
  • Satınalma proseduruna uyğun olaraq tender və təklif sorğularının keçirilməsini təşkil edir;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, qiymət müqayisə cədvəllərinin və satınalma sifariş sənədlərinin hazırlanaraq rəhbərliyə təqdim edir;
  • Şirkətin əvvəlcədən təyin olunmuş kateqoriyalar üzrə zəruri avadanlıqlar, iş və xidmətlərlə təmin edilməsi üçün sifarişçi və təchizatçılarla daim əlaqəni təmin edir;
  • Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişçilərə və onların icra vəziyyətinə dair vahid baza üzrə sorğuları izləyir;
  • Yerli şirkətlərlə təhvil-təslim aktları və problemli sənədlərin sistemə daxil edir;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edir, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlərin həyata keçirir;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət edir;
  • Təchizatçıların analizi və digər proseslərin effektiv idarəolunmasını həyata keçirir;
  • Zəruri hesabatların hazırlanaraq rəhbərinə təqdim edir;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Marketinq satınalmaları sahəsi üzrə min. 2 il iş təcrübəsi;
  • MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı;
  • Diqqətcil və məsuliyyətli olmalı;
  • Göstərilən tələblərə cavab verən  namizədlərdən Cv-lərini mövzu hissəsinə “Mal-material, avadanlıq üzrə satınalma mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar