Bakı,
Azərbaycan
05.03.24
-
04.04.24
İş haqqında məlumat
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir;
- Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir;
- Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır;
- Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir;
- Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir;
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
- Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
- Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir;
- Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara cavabdehdir;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
- Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir;
- Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir;
- İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır;
- Stabil iş;
- İcbari sığorta;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 – 18:00.
Tələblər
- Yaş: 27-50;
- Təcrübə: 5 ildən çox;
- Komanda ilə işləmə və heyyəti idarəetmə bacarığı olmalı;
- İşgüzar davranış etikası olmalı.
İnzibati, Biznes, İdarəetmə
Logistika
Elanın müddəti bitmişdir