Bakı,
Azərbaycan
17.09.24
-
17.10.24
İş haqqında məlumat
- Müştərilərin qarşılanması və kommunikasiyanın yaradılması;
- Sifarişin qəbuluna birbaşa nəzarət, ehtiyacların təyin edilməsi və təqdimatı;
- Sifarişin icrası və etirazlarla iş;
- Mağaza daxili inkişafedici, kritik və dəstəkverici danışıqların aparılması;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların və sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə edilməsi;
- Mağazanın və anbarının təmiz və səliqəli saxlanılmasını, mütəmadi olaraq satışdan öncə məhsulların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s) keçirilməsini təmin etmək;
- Mağazada soyuducunun və digər avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, vitrində boşluqların olmamasının təmin edilməsi;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin edilməsi;
- Satış texnikasını bilməsi və satış bacarıqlarının inkişaf etdirilməsi;
- Münaqişəli vəziyyətlərin həlli;
- Mağazada çalışan əməkdaşı idarə etmək: yeni işçiləri təlimatlandırmaq, onları motivasiya etmək,
- Müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etmək;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
- İşin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Günlük və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Karyera yüksəlişi imkanı;
- İş qrafiki : Növbəli;
- İş saatı : 09:00-18:00, 16:00-01:00
- Əmək haqqı : Bonus əsaslı əmək haqqı
- Gecə növbəsi üzrə yol xərci qarşılanır.
- İş yeri : Bakı şəhəri.
Tələblər
- Microsoft Excel (yaxşı səviyyədə);
- 1 C (Yaxşı səviyyədə);
- Analitik düşünmə bacarığı;
- Araşdırma və sorğulama bacarığı;
- Yüksək danışıq qabiliyyəti və Kommunikasiya bacarığı;
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
- Bazar tədqiqatı və təhlili bacarığı;
- minimum 2 il iş təcrübəsi;
- “Retail” sektorunda mağaza meneceri kimi (idarəetmədə) minimum 2 il iş təcrübəsi mütləqdir;
- Satış məsləhətçiləri və satış komandası ilə minimum 3 il iş təcrübəsi;
- Zəncir şəbəkələrlə iş təcrübəsi (üstünlükdür);
- Azərbaycan dili səlis (rus və ingilis dillərini bilməsi üstünlükdür).
Satış
Ticarət