Blue Planet Distribution

Mağaza meneceri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.03.24 - 13.04.24

İş haqqında məlumat

  • Düzgün prioritetləri, gündəlik, həftəlik və aylıq fokus nöqtələrini müəyyənləşdirmək, mağazanın hədəf və məqsədlərinin vaxtında əldə olunmasını təmin etmək;
  • Mağaza heyəti ilə keçirilən gündəlik/həftəlik/aylıq iclaslarda iştirak etmək;
  • Gündəlik planların, cədvəllərin, xəbərlərin, əsas məqamların, problemlərin müəyyənləşdirilməsi, tapşırıq və rəylərin prioritetləşdirilməsi üçün cavabdehlik daşımaq;
  • Faktiki satış prosesinin bütün aspektlərində iştirak etmək, lazım olduqda müştərilərə kömək etmək, məhsul haqqında tələb olunan məlumatı vermək, kassada satış prosesinin başladılmasına və bağlanmasına kömək etmək;
  • Mağazaların effektivliyini artırmaq üçün gündəlik/həftəlik/aylıq və illik uğurlu satış planları işləyib hazırlamaq;
  • Məhsullara nəzarət;
  • Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək üçün VM (Vizual Merçendayzinq) heyəti ilə yaxından əməkdaşlıq etmək;
  • Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək;
  • Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq;
  • İşçilərin işə götürülməsi ilə bağlı İR şöbəsinə kömək etmək, işçilərin təlimatlandırılması və inkişafı ilə məşğul olmaq;
  • Hər bir işçinin vəzifəsi üzrə Əsas Effektivlik Göstəricilərinə nəzarət etmək;
  • İşçilərin cədvəllərini gündəlik nəzərdən keçirmək;
  • Alış trendləri, müştəri tələbləri və ehtiyaclar üzrə təfsilatlı hesabatlar hazırlamaq;
  • Yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək, müştəri problemlərini effektiv şəkildə aradan qaldırmaq;
  • İş yeri: Nike Dəniz Mall.

Tələblər

  • Təcrübə: Mağaza idarəçiliyi üzrə 5 illik təcrübə (son 3 il mağaza müdiri kimi);
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüter bacarıqları: MS Office, Word, Excel və s;
  • Mağaza büdcəsinin idarə edilməsi təcrübəsi;
  • Məhsula və anbara nəzarətin idarə edilməsi, oğurluq və itkilərin qarşısının alınması üzrə təcrübə;
  • Prosedurlarla işləmək təcrübəsi;
  • Yeniliklərə və öyrənməyə açıq olmaq;
  • Müştərilərə məhsulları tapmaqda kömək etmək üçün məhsulları məntiqi yerləşdirilməsini təşkil etmək bacarığı;
  • Mağazanın statistik və maliyyə hesabatlarını verə bilmək bacarığı;
  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə əməl etməyi bacarmaq;
  • İnzibati tapşırıqları yerinə yetirmək.


Elanın müddəti bitmişdir