Bakı,
Azərbaycan
25.07.23
-
24.08.23
İş haqqında məlumat
- Şirkət tərəfindən tətbiq edilən satış siyasətinə əsasən mağazada bütün növ əməliyyatların icrasına nəzarət etmək;
- Anbar və xəzinə ilə əlaqəli bütün növ əməliyyatların hesabatlarını təmin etmək və müvafiq şəxsləri məlumatlandırmaq;
- Mağaza üzrə çox satılan və ya az satılan məhsul növlərinin təhlilini aparmaq və ümumi müştəri tələbləri əsasında stokların daim yenilənməsini təmin etmək;
- Satışların artırılması və əmliyyatlarla bağlı xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə təkliflər vermək;
- Mağaza üzrə müştəri bazasının inkişafı və keyfiyyət dinamikası üçün nəzərdə tutulan aylıq hesabatları hazırlamaq və təqdim etmək;
- Mağazada anbar və xəzinə ilə bağlı gündəlik yoxlamaları həyata keçirmək;
- İş gününün əvvəlində işin planlaşdırılması, keçmiş gündən çıxarılan nəticələr və tövsiyyələr üzərində təşkilatı məsələlər üzrə qısa müddətli iclaslar həyata keçirmək;
- Mağazalarda icra edilən bütün növ əməliyyatların gündəlik hesabatlarını təqdim etmək;
- Tabeçiliyində olan işçilərin işini koordinasiya etmək;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək.
Tələblər
- Təcrübə: Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək;
- Kompüter bacarıqları: MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
- Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
- Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Menecment
Maşınqayırma və elektronika