TEZ Logistics

Logistika üzrə satış meneceri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
06.05.24 - 05.06.24

İş haqqında məlumat

  • Şirkətin logistika üzrə xidmətlərinin satışını təmin etmək;
  • Bazarın aktual qiymət siyasətini təhlil etmək;
  • Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək və güclü əlaqələri daimi inkişaf etdirmək;
  • Kommersiya təkliflərini və təqdimatlarını hazırlamaq;
  • Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması;
  • Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
  • Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;
  • Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması;
  • Rəhbərliyin tələbinə əsasən  aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Nahar: Şirkət tərəfindən təmin edilir;
  • Korporativ mobil nömrə ilə təmin edilir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Hökməli qəsəbəsi, Bakı-Şamaxı Şossesi 15-ci km.

Tələblər

  • Kompüter bacarıqları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
  • Dil bilikləri:  Azərbaycan dili – Ana dili, təkliflər təqdim etmək;
  • AR Gömrük və nəqliyyat qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
  • Coğrafi, riyazi və məntiqi biliklər;
  • Müasir Logistika İdarəetmə Sistemini bilmək;
  • Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
  • Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı.


Oxşar vakansiyalar