Bakı,
Azərbaycan
16.03.23
-
15.04.23
İş haqqında məlumat
- Daxil olan müştəri müraciətlərinin qəbul edilib tam və vaxtında cavablandırılması;
- Müştəri müraciətlərinə əsasən kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Şirkətin xidməti haqqında müştərilərin tam məlumatlandırılması;
- Ən uyğun qiymət və marşrutun seçilməsi, təsdiqlənmiş sifarişin icraya ötürülməsi və nəzarətdə saxlanılması;
- Sifariş olunan, daşınan yüklərin qeydiyyatının aparılması və səyahət boyu yükün izlənilməsi;
- Daşınma zamanı yaranan problemlərin və dəyişikliklərin operativ şəkildə həll edilməsi;
- Malların keyfiyyətli daşınmasının təmin edilməsi;
- Yükün daşınması üçün nəqliyyat vasitəsinin təşkil edilməsi;
- Müştərilər tərəfindən göndərilən sorğuları operativ və dəqiq cavablandırılması;
- Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
- Daşınma ilə bağlı zəruri sənədlərin toplanılması, yoxlanılması və aidiyyəti üzrə təqdim edilməsi;
- Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması;
- Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim edilməsi;
- İcra olunan sifarişin dəyərinin müştəri tərəfindən ödənilməsinin təmin edilməsi;
- Gündəlik əməliyyatların və hesabatların icra edilməsi eyni zamanda daxili proqram təminatına işlənilməsi;
- Daşıyıcı şirkətlərlə yazışmaların aparılması, əlaqənin qurulması və müştəri bazasının yığılması;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərinə hesabatın verilməsi.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: 2 il (logistika sahəsində xüsusilə tır, vaqon, konteyner);
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı danışıq bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı (xüsusilə excel);
- Müştəri ilə işləmək bacarığı, məsuliyyətli, tələbkar, detallara qarşı diqqətli və operativ olmalı.
Nəqliyyat və logistika
Logistika