Bakı,
Azərbaycan
02.11.23
-
02.12.23
İş haqqında məlumat
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
- Alternativ və daha optimal daşıma yollarını araşdıraraq daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
- Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 5 il;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilmək;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək.
Nəqliyyat və logistika
Logistika