Bakı,
Azərbaycan
15.11.23
-
15.12.23
İş haqqında məlumat
- Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
- Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin, əsas vəsaitlərin uçotunu aparılmasının və xərclər smetasının hazırlanmasının təmin edilməsi;
- Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
- Maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsinin təmin edilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Logo proqram təminatında əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
- Logo proqram təminatı üzrə məlumatların sistemə daxil olunması;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
- Nahar ilə təmin edilir;
- İş yerinə servislə çatdırılır;
- Korporativ nömrə ilə təmin edilir.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə ali (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel, Word, Outlookla praktiki işləmə bacarığı), Unity Logo (arzuolunandır);
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
- Vergi Məcəlləsinin tətbiq edilməsində kifayət qədər təcrübəsi olmalı.
Nəqliyyat və logistika
Mühasib
Tikinti və təmir