Ayan MMC

Logistika müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.03.24 - 06.04.24

İş haqqında məlumat

  • Şirkətin mənafeyini nəzərə alaraq strateji və əməliyyat planlarının hazırlanmasını təşkil edir;
  • Nəqliyyat, yükdaşıma, anbar və digər xidmət əməliyyatlarını idarə edir;
  • Müvafiq yüklərin daşınması üçün ən optimal nəqliyyat vasitələrini seçmək üçün təşkilatın maddi-texniki bazasını (nəqliyyat vasitələrinin sayı, növləri və vəziyyəti, yükləmə-boşaltma avadanlığı) təhlil edir;
  • Nəqliyyat vasitələrinin hərəkət heyətinin texniki və istismar göstəricilərinin hesablanmasını, tariflərin və ödənişlərin hesablanmasını təşkil edir;
  • Risk idarəetməsini həyata keçirir: nəqliyyat vasitələrinin, yüklərin, məsuliyyətin sığortalanmasını təmin edir, daşınma zamanı malların təhlükəsizliyini təmin etmək üçün tədbirlərin təşkili və həyata keçirilməsi;
  • Logistik sisteminin səmərəliliyini qiymətləndirmək üçün meyarları müəyyənləşdirir, logistika sisteminin səmərəliliyini qiymətləndirir və logistika əməliyyatlarına nəzarət edir, logistika sisteminin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
  • Yeni logistika texnologiyalarının layihələndirilməsinin və xərclərinin hesablanmasını təşkil edir, büdcə hazırlayır, müasir logistika konsepsiyalarının və logistika xərclərinin azaldılması prinsiplərinin tətbiqini təmin edir;
  • Büdcə idarəetməsi və logistika xərclərinin optimallaşdırılmasını, logistika prosesləri ilə əlaqəli maliyyə axınlarının koordinasiyasını və istiqamətini müəyyənləşdirilməsini həyata keçirir;
  • Anbar logistikası üçün metodoloji və tənzimləyici materialların hazırlanması və tətbiqini həyata keçirir, funksiyaların və əməliyyatlarının təyin edilməsinə, hazırlanmış metodiki və tənzimləyici materialların tədbiqinə nəzarət edir;
  • Rəhbərlik tərəfindən aidiyyatı şöbə ilə bağlı verilən digər işləri yerinə yetirir;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 08:00 - 18:00.

Tələblər

  • Yaş: 30-45;
  • Təhsil: Ali;
  • Təcrübə: Göstərilən vəzifə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel) bilikləri;
  • Analitik düşüncə;
  • Komandada işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar