ELIT.EO

Logistika Meneceri

Ə/h razılaşma ilə 200
Tam iş günü
Bakı, Azərbaycan
14.10.24 - 14.11.24

İş haqqında məlumat

  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
  • Ekspeditorlarla əlaqə, göndərən haqqında məlumatların ötürülməsi, yükləmə tarixinə uyğunluğun monitorinqi, nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğu.yaradılması;
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması, vaxtında təqdim edilməsi (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət;
  • Malların daxil olma cədvəli və onların dəyəri barədə maliyyə menecerinə hesabat vermək;
  • Yeni ekspeditorlarla müqavilələrin bağlanması;
  • Yeni tərəfdaşların axtarışı;
  • Uyğunluq sertifikatlarının alınması üçün sənədlərin hazırlanması və göndərilməsi;
  • Sığorta şirkətlərinin tələb etdiyi sənədlərin dövlət orqanlarından tələb edilməsi;
  • Rəhbərliyin tələbi ilə həftəlik və aylıq hesabatların göndərilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Daxili və xarici daşımalar üzrə biliklər;
  • Gömrük bəyannaməsi haqqında minimum biliklər;
  • İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar