Gədəbəy Mineral Sular

Logistika meneceri

Ə/h razılaşma ilə 112
Tam iş günü
Bakı, Azərbaycan
02.07.24 - 01.08.24

İş haqqında məlumat

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi;
  • Nəqliyyatın planlaşdırılması və sifarişi;
  • Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması;
  • Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
  • Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
  • Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
  • Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək; 
  • Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
  • Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dilini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Komanda şəklində işləməyi bacarmalı;
  • Təhlil və analiz etmə qabiliyyəti;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı;
  • İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
  • Ofis və ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı.


Oxşar vakansiyalar