GoldenPay

Leading UX/UI designer (Aparıcı UX/UI dizayneri)

Ə/h razılaşma ilə 45
Tam iş günü
Bakı, Azərbaycan
07.11.24 - 07.12.24

İş haqqında məlumat

  • Proqram təminatının hazırlanması üçün texniki təsvirlərə və rəhbərin təlimatlarına əsasən UX və Uİ işlərinin təkmilləşdirilməsi; 
  • Şirkətin internet səhifəsinin yenidən təkmilləşdirilməsi və effektli dizayn formatlarının hazırlanması;
  • UX/Uİ üzrə araşdırmalarının aparılması,istifadəçi araşdırmalarının aparılması və maraqlı tərəflər, “Persona” və “Empathy Map” hazırlanması;
  • "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
  • Wireframe-lərin, prototiplərin və mock-up-ların hazırlanması;
  • Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq;
  • Bazarda rəqabətqabiliyyətli məhsulların təhlilinin aparılması;
  • Məhsul keyfiyyətinin artırılması və təmini üçün proqramçı heyət ilə aktiv əməkdaşlıq;
  • İstifadəçi interfeys dizaynlarının hazırlanması (IOS,Android,Web);
  • UI prototiplərini hazırlanması və müştəri ehtiyaclarını, tələblərini müəyyən etmək üçün istifadəçilərlə görüşlərinin keçirilməsi və testlərin aparılması;
  • Dizayn sistemlərinin hazırlanması və UI kitdən istifadə;
  • İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Tələblər

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 il;  
  • Azərbaycan dili: səlis (yazı və danışıq);  
  • UX/UI dizayner kimi minimum 3il iş təcrübəsi;
  • UX dizayn prinsiplərini yüksək səviyyədə bilmək;
  • İnterfeys dizayn üzrə yüksək səviyyədə bilik;
  • Figma və FigJam alətləri ilə iş üzrə yüksək səviyyədə bilik və təcrübə;
  • UI Kit, Dizayn sistemi ilə işləmək bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı.