Bakı Dövlət Layihə İnsitutu

Layihənin baş memarı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
18.09.23 - 18.10.23

İş haqqında məlumat

  • Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması;
  • Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
  • Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak;
  • Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
  • Lazımi texniki-iqtisadi əsaslandırma və tikinti-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi; 
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali (Memarlıq sahəsi üzrə);
  • Təcrübə: Sahə üzrə ən azı 5 il;
  • Kompüter bacarıqları: AutoCAD, 3DsMax, Revit və s. ixtisaslaşdırılmış proqramlar üzrə yüksək səviyyədə bilik;
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
  • BİM layihələrində iştirakı arzuolunandır; 
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.


Oxşar vakansiyalar