Azerbaijan Energy Regulatory Agency

Layihələrlə iş sektorunun müdiri

Ə/h razılaşma ilə 91
Tam iş günü
Bakı, Azərbaycan
02.09.24 - 02.10.24

İş haqqında məlumat

• Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;
• Departamentin Layihələrlə iş sektorunun (bundan sonra – sektor) fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
• Müvafiq qaydada həvalə olunduğu hallarda departamentin direktoru vəzifəsinin icrası;
• Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasının təşkil edilməsi, yoxlanılması və buna nəzarətin həyata keçirilməsi;
• Enerji effektivliyi ilə bağlı normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak;
• Layihələrin təhlili, qiymətləndirilməsi və ümumi prosesə rəhbərlik;
• Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişlərin verilməsi, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması;
• Layihə planlarına dəyişikliklərin nəzərdən keçirilməsi, rəy və təkliflərin verilməsi;
• Resursların optimal istifadəsinin təmin edilməsi və layihə büdcəsinin nəzarətdə saxlanması;
• Departamentin fəaliyyət istiqaməti üzrə risklərin müəyyənləşdirılməsi və onların idarəolunması;
• Layihə komandasına rəhbərlik və effektiv kommunikasiyanın təmin edilməsi;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak;

• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Tələblər

• Ali iqtisadi təhsil
• Maliyyə-kredit sahəsində azı 5 illik iş təcrübəsi
• İqtisadi sahədə rəhbər vəzifəsində azı 3 illik iş təcrübəsi
• Müvafiq sahədə MHBS üzrə nəzəri bilikləri və praktiki tətbiqlə bağlı təcrübə
• Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili üzrə iş təcrübəsi
• Uçotun təşkili üzrə iş təcrübəsi
• Avtomatlaşdırılmış əməliyyat sistemlərində iş üzrə təcrübə
• Metodoloji fəaliyyətlə (biznes prosedurların, qaydaların yazılması) bağlı iş təcrübəsi
• Müvafiq sahədə risklərin idarə edilməsi ilə bağlı təcrübə
• Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
• İdarəetmə və komandada işləmə bacarığı
• Yaş həddi 50 yaşadək
• Yüksək korporativ ünsiyyət bacarığı.



Oxşar vakansiyalar