Bakı,
Azərbaycan
02.08.24
-
01.09.24
İş haqqında məlumat
- Layihələrin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin və işçilərin işə davamiyyətinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
- Layihələrin planlanmış zaman ardıcıllığında həyata keçirilməsinə nəzarət;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
- İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
- İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı birbaşa rəhbərliyə səmərəli təkliflərlə çıxış etmək;
- Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
- Layihə bitdikdən sonra material və audit hesabatının rəhbərliyə təqdim edilməsi;
- İş qrafiki: 6 gün;
- Nahar vaxtı: 13:00-14:00;
- İstirahət günləri: Bazar.
Tələblər
- Yüksək hesabatlılıq və təqdimat qabiliyyəti;
- Məsuliyyətli, dəqiq və peşakar;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Təhsil: Ali;
- Yaş: 25 – 45 yaş.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir
Elanın müddəti bitmişdir