Matanat A

Layihələr üzrə assistent

Ə/h razılaşma ilə 83
Tam iş günü
Bakı, Azərbaycan
09.02.24 - 10.03.24

İş haqqında məlumat

  • Zəruri sənədlərin hazırlanmasını həyata keçirir;
  • Kargüzarlıq üzrə sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılmasını təmin edir;
  • İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir;
  • Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək;
  • Müəssisənin cari fəaliyyəti məsələləri (telefon, faks və s.) üzrə kənar təşkilatlar (həm kommersiya, həm də dövlət) və ayrı – ayrı vətəndaşlarla telefon əlaqəsi yaradır;
  • Kargüzarlıq sənədlərinin kompüterdə yığılması və surət çoxaltma işlərinin icrasını təmin edir;
  • Müəssisənin sənəd təminatının avtomatlaşdırılması vasitəsi kimi istifadə edir;
  • Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir;
  • Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır;
  • Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir;
  • Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır;
  • Daxil olan müştəri şikayətlərini qeydə alır, araşdırılması və eyni zamanda həlli üçün aidiyyəti struktur bölmələrə və ya vəzifəli şəxslərə istiqamətləndirir;
  • Satış və marketinq sahasində prosedur və təlimatlar hazırlayır;
  • Satış və marketinq sahəsində rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlayır. 

Tələblər

  • Təhsil: Ali (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramları üzrə biliklər;
  • Layihələrin idarə edilməsi üzrə biliklər;
  • Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər;
  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar