Sea Breeze Resort & Residences

Layihəçi-konstruktor

Ə/h razılaşma ilə 1560
Tam iş günü
Bakı, Azərbaycan
17.01.25 - 17.02.25

İş haqqında məlumat

  • Konstruktiv işçi layihələrin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
  • Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin tərtibatı;
  • Metal konstruksiyaların cizgilərinin yerli norma və qaydalara uyğun olaraq işlənilməsi, elementlərin birləşmə düyünlərinin detallı şəkildə hazırlanması;
  • Sahədə yaranan sualların aradan qaldırılması;
  • Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • İş qrafiki: 5/2, 09:00-18:00;
  • İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma.

Tələblər

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • İnşaat norma və qaydalarını bilməli və bu normaların tələblərini layihələrdə nəzərə almalı;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, işləmə prinsiplərini bilməli;
  • AutoCad proqramında işləmə bacarığı (Tekla Structural və Lira 9.6 proqramlarını bilməyi arzuolunandır);
  • İşində peşəkar və məsuliyyətli olmalı, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirməyi bacarmalıdır;
  • Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Oxşar vakansiyalar