Bakı,
Azərbaycan
14.02.25
-
14.03.25
İş haqqında məlumat
- Tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətinin həyata keçirilməsi;
- Layihənin büdcə, vaxt qrafiki və keyfiyyət standartlarına uyğun idarə edilməsi;
- Tikinti-quraşdırma işlərinin layihəyə, normativ sənədlərə və işçi çertyojlara uyğun icrasının təmin olunması;
- Tikinti sahəsində istifadə olunan materialların keyfiyyətinə nəzarət;
- Tikinti sahələrinə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
- Podratçılar və təchizatçılarla əməkdaşlıq, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət;
- Layihə-smeta sənədlərinin, iş həcmlərinin və spesifikasiyaların analiz edilməsi;
- Tikinti proqramlarının və təqvim qrafiklərinin tərtib edilməsi;
- Layihəyə dair hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, nəzarət planı, resurs bölgüsü və s.);
- Materialların və konstruksiyaların qəbul olunması, anbara yerləşdirilməsi və sənədləşdirilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Beynəlxalq və yerli tikinti normalarına uyğunluğun təmin edilməsi;
- Peşəkar inkişaf imkanları.
Tələblər
- Ali təhsil – İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə;
- Minimum 5 il iş təcrübəsi – İnşaat layihələrinin idarə olunması sahəsində;
- Tikinti sahəsində normativ aktlar və qaydalar haqqında biliklər;
- Layihələrin idarə olunması metodologiyalarını bilmə və tətbiq etmə bacarığı;
- Komanda idarəetməsi və liderlik bacarıqları;
- Stressə davamlılıq və problemlərin həllində çeviklik – (arzuolunandır);
- MS Office, AutoCAD, Primavera, Microsoft Project və digər müvafiq proqramlardan istifadə bacarığı – (arzuolunandır);
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür.
Layihə rəhbəri
Tikinti və təmir