Reel Agency

Layihə rəhbəri

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
06.09.24 - 06.10.24

İş haqqında məlumat

  • Layihələri idarə etmək. Bu həmçinin layihələrin - planlama, icra, və nəticələrin qiymətləndirilməsini idarə və təmin etmək deməkdir;
  • Komandanın layihə daxilində işinin izlənməsi, keyfiyyətin artırılması. Performansın izlənməsi və komanda ilə birlikdə işləmək;
  • Müştəri ilə güclü əlaqələr qurmaq, danışıqları aparmaq, yaxşı tanımaq və müştəri tələblərinə uyğun olaraq layihələrin inkişafını təmin etmək, müştəri məmnuniyyətini artırmaq;
  • Layihələrin vəziyyəti ilə bağlı müştərilərə dəqiqləşdirmələr və hesabatlar təqdim etmək;
  • Sosial media layihələrinin effektivliyini ölçmək üçün analitika alətlərindən istifadə etmək və icraatı qiymətləndirmək. Hədəfə nail olmaq üçün strategiyaları tənzimləmək. Sosial media sahəsindəki yenilikləri izləmək və tətbiqi üçün təkliflər vermək;
  • Sosial media platformalarında mövcud olan krizlər və problemli məsələlər zamanı müştəri ilə münasibəti üst səviyyədə saxlamaqla, problemin tez və professional həllinə çalışmaq;
  • Şirkətin inkişafını təmin etmək üçün strateji planlar hazırlamaq və icra etmək. İş proseslərini və layihə idarə etmə prinsiplərini dəyişdirmək və inkişaf etdirmək;
  • Şirkətin nömrəsinə gələn müştəri zənglərinə uyğun şəkildə cavab vermək, tenderləri izləmək və satışın artırılması üçün digər yollar təklif etmək. Ehtiyac olduğu təqdirdə təkliflər hazırlamaq və göndərmək;
  • Çəkiliş qrupunun yönləndirilməsi, qiymət təkliflərinin alınması, cədvəllərin hazırlanması, izlənilməsi və s;
  • Rəhbərlik tərəfindən gələn, yuxarıda qeyd olunan və olunmayan bütün işlərin şərtsiz icrasını təmin etmək;
  • Rəqabətə davamlı əmək haqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dostluq mühiti və dinamik komanda.

Tələblər

  • Ali təhsil;
  • Uyğun istiqamətdə ən az 1 il iş təcrübəsi;
  • Sosial media platformaları haqqında geniş məlumat və təcrübə;
  • Analitik düşünmə qabiliyyəti;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Müştəri yönümlü və nəticəyönümlü iş üslubu;
  • Müxtəlif dillərdə (ingilis, rus və s.) danışmaq və yazı yazmaq bacarığı üstünlükdür.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar