Bakı,
Azərbaycan
27.02.23
-
29.03.23
İş haqqında məlumat
- Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarının yaradılması;
- Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
- Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək;
- Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək;
- Departament rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə edilməsi;
- Tapşırıqların qeyd edilməsi və idarəsi üçün onlayn sistemlərlə işləmək bacarığı;
- Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. ilə əlaqədar PMI metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək;
- Görülən işlərin uçotunun aparılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:30-dan - 18:30-dək;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
- Təhsil:Ali (Layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl səviyyədə (ingilis dili, rus dili - arzuolunandır);
- Təcrübə: Aqrar sahədə təcrübənin olması əlavə üstünlük olaraq qəbul ediləcəkdir;
- Kompüter bacarıqları: Yüskək səviyyədə kompüter və ofis proqramları barədə biliklər;
- Analitik düşüncə tərzi;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar;
- PMI - PMP kualifikasiyasının olması aruzolunandır;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
İnzibati, Biznes, İdarəetmə