Norm ASC

Laboratoriya texniki

Ə/h razılaşma ilə
1848
Tam iş günü
Bakı, Azərbaycan
12.03.25 - 06.04.25

İş haqqında məlumat

  • İstehsal prosesinin Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq və nümunəalma zamanı meydana çıxan problemlərin həlli;
  • Hədəfdən kənar məhsul istehsalı zamanı Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələrin alınmasını təxirə salınması və nümunə alma sıxlığını artıraraq, istehsalatın keyfiyyətinə nəzarət etmək;
  • Nümunələrin metodlarına uyğun analizlərinin və alınan nəticələrin uyğun fayllarda qeydiyyatının düzgün aparılması;
  • İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək. Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq; 
  • Sahəyə gələn xammalların kimyəvi tərkibini analiz etmək, uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək;
  • Bütün analizlərdə uyğunsuz nəticələr görüldükdə təkrar analiz edib, səbəblərini tapmaq və müvafiq fayla qeyd etmək;
  • Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq;
  • Rentgen spektral analiz Laboratoriyasının təmizliyinə və temperaturuna müntəzəm nəzarət etmək;
  • Nümunə alıcıların nizamlı işləməsinə və təmiz saxlanmasına nəzarət etmək, meydana çıxan hər hansı problemin həlli;
  • Kimyəvi maddələrin miqdarının, avadanlıqlar və cihazların vəziyyətinin müntəzəm nəzarətdə saxlanması;
  • Qaz balonlarından istifadə zamanı, iş prosesini öncədən planlamaq və istifadə olunan qazın texniki xassələrinə uyğun olaraq lazımi təhlükəsizlik tədbirlərini almaq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
  • Növbə ərzində növbə rəisi tərəfindən gələn (KNP-dən əlavə) tapşırıqları icra etmək və eyni zamanda bununla bağlı bir başa rəhbəri məlumatlandırmaq.

Tələblər

  • Tam, natamam orta təhsil və ya peşə məktəbi; 
  • EN196-2, EN197-1 standartları haqda biliklər;
  • Rentgen spektral analiz cihazının istifadə qaydası;
  • Əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Ünsiyyət.

Oxşar vakansiyalar