Ayan MMC

Laboratoriya müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.05.24 - 06.06.24

İş haqqında məlumat

  • Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
  • Laboratoriyanın lazımi avadanlıqla, nəzarət-ölçü cihazları ilə təchiz olunmasını təmin etmək; 
  • Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
  • Nümunələrin götürülməsi və laboratoriyaya çatdırılmaq;
  • Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması;
  • Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması;
  • Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak;
  • Xammalın, yarımfabrikatların və hazır məmulatların  keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;
  • Texnoloji prosesin düzgün aparılmasına resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
  • Laboratoriya işçilərinin fəaliyyətinə rəhbərlik etmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Yaş: 35-50;
  • Təhsil: Kimya, biologiya (mikrobioloq) sahəsində ali təhsil mütləqdir; 
  • Təcrübə: Minimum 3 il (Kimyaçı -  laborant və ya laborant mikrobioloq olaraq iş təcrübəsi mütləqdir);
  • Cinsi: Xanım;
  • Qida istehsalı sahəsində (alkoqolsuz içkilərin istehsalı) peşəkar laborant kimi təcrübəyə və bacarığa malik olmalı;
  • Ona həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilməli;
  • Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli.