Bakı,
Azərbaycan
30.08.23
-
29.09.23
İş haqqında məlumat
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət edilməsi;
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, həmçinin xidmət və təmirinə nəzarət edilməsi;
- Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağının normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirilməsi;
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadənin təmin edilməsi;
- Laboratoriya qeydiyyat jurnallarının doldurulmasının və onların saxlanmasının müəyyən olunmuş qaydada yerinə yetirməsinə nəzarət edilməsi;
- Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak edilməsi;
- Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasının mənimsənib tətbiq edilməsi;
- Sınaq nəticələrinin və sınaq protokollarının hazırlanması;
- İxrac olunan məhsulların keyfiyyət şəhadətnamələrinin hazırlanmasına nəzarət edilməsi;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
- Sağlamlıq sığortası;
- Nahar, servis şirkət tərəfindən təmin olunur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:00 - 17:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).
Tələblər
- Təhsil: Ali (kimya, qida məhsulları mühəndisliyi üzrə);
- Təcrübə: Minimum 3 il (un, makaron, içki və qənnadı məhsulları istehsalı sahəsi üzrə);
- Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Un, makaron, qənnadı və içki sahələri üzrə laboratoriya analizlərini bilməli;
- Unun texniki göstəriciləri haqqında yüksək biliklərinin olması;
- İstehsal prosesini bilməli;
- İşdə dəqiqlik və detallara diqqət etmə qabiliyyəti.
İnzibati, Biznes, İdarəetmə
Ticarət