AAC MMC

Laborant

Ə/h razılaşma ilə 130
Tam iş günü
Bakı, Azərbaycan
26.11.24 - 26.12.24

İş haqqında məlumat

  • Müəssisəyə daxil olan xammalların laborator sınaqların (giriş kontrol) aparılmasının təmin etməli;
  • İstehsal prosesi zamanı müvafiq laborator sınaqların aparılmasının təmin etməli;
  • İstehsal prosesinin sonunda hazır məhsullarda laborator sınaqların (çıxış kontrol) aparılmasının təmin etməli;
  • Aparılan laborator sınaqların (xammal, hazır məhsullar və digər sınaqlar) nəticələrinin sənədləşdirilməsini təmin etməli;
  • Aparılan laborator sınaqların nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməli;
  • Aparılan bütün laborator sınaqların vaxtı-vaxtında və müvafiq Qanunvericilik, Beynəlxalq standartlar və ГОСТ-lara uyğun olaraq həyata keçirilməsinin təşkil etməli;
  • Laboratoriya şöbəsi işçiləri ilə qarşılıqlı koodinasiyalı və məlumat mübadilələri apararaq çalışmalı;
  • Laborator sınaqların aparılması zamanı diqqətli olmalı, dəqiq nəticələrin əldə olunmasını təmin etməli;
  • Laboratoriyadakı avadanlıqların təhlükəsiz, səliqəli və təyinatı üzrə istismarını təmin etməli, onları qoruyub saxlamalıdır;
  • Laborator sınaqlar üçün istifadə olunan kimyəvi maddələr, reagentlər və s. MSDS-ləri ilə tanış olmalı və təyinatı üzrə istifadə etməli;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməli və onların pozulmasına yol verməməli;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etməli;
  • Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirməli;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etməlidir;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı-namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur;
  • Iş rejimi: Növbəli iş qrafiki və 5 günlük;
  • İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossesi 47-ci km.

Tələblər

  • Təhsil: Ali (müvafiq sahə üzrə);
  • Yaş həddi-25-40;
  • Aidiyyatı sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Kompyuter bilikləri;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron poçt ünvanına göndərməlidirlər.


Oxşar vakansiyalar