iTech Group

Korporativ satış üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
25.07.23 - 24.08.23

İş haqqında məlumat

  • Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Müştəri barədə məlumatları (müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi;
  • Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək;
  • Kommersiya təkliflərinin hazırlanması;
  • Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi;
  • Fərdi və kollektiv satış planının yerinə yetirilməsi;
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması;
  • Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Tərəfdaşlarımızın məhsulları və həlləri üzrə təlim və sertifikatlaşdırma;
  • Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi;
  • Qanunvericiliyə uyğun sənədləşdirmə;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təcrübə: İnformasiya Texnologiyaları sahəsində B2B və B2C və ya korporativ satış sahəsində təcrübəsi mütləqdir;
  • Kompüter bacarıqları: Ofis proqramları;
  • Dil bilikləri: Azərbaycan dili yüksək, ingilis dili orta, rus dili orta;
  • İşgüzar yazışmaları yüksək səviyyədə aparmaq bacarığı (azərbaycan dili, ingilis dili, rus dili);
  • Korporativ, xidmət və iş standartlarına uyğun olma bacarığı;
  • Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı;
  • Müştəriyönümlü satış və servis etmək bacarığı;
  • Səriştəli şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək, telefon etiket qaydalarına riayət etmək;
  • Ezamiyyətlərə hazır olmaq;
  • Ünsiyyət bacarıqları, aktiv həyat mövqeyi, nikbinlik, açıqlıq, nəticəyə yönəmli;
  • Bir neçə tapşırıq rejimində işləmək bacarığı;
  • Yaradıcılıq və işə aktiv yanaşma;
  • Müstəqil işləmək və qərar qəbul etmək bacarığı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti.


Oxşar vakansiyalar