Bakı,
Azərbaycan
12.03.23
-
11.04.23
İş haqqında məlumat
- Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək;
- Kommersiya təkliflərinin hazırlanması;
- Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi;
- Fərdi və kollektiv satış planının yerinə yetirilməsi;
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması;
- Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi;
- Qanunvericiliyə uyğun sənədləşdirmə;
- Davamlı karyera inkişafı.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili (yüksək), ingilis dili (orta), rus dili (orta);
- Kompüter bacarıqları: Ofis proqramlarını bilməli;
- Korporativ, xidmət və iş standartlarına uyğun olma bacarığı;
- İnformasiya texnologiyaları sahəsində B2B və B2C və ya korporativ satış sahəsində təcrübə mütləqdir;
- Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti.
Menecment
Peşəkar xidmətlər