Supertoys MMC

Korporativ satış üzrə mütəxəssis

600 ₼ 115
Tam iş günü
Bakı, Azərbaycan
04.07.24 - 03.08.24

İş haqqında məlumat

  • Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, rəqiblər və bazar haqqında informasiyaların aylıq hesabatın hazırlanması və buna uyğun satış strategiyasının tətbiqi;
  • Yeni korporativ müştərilər cəlb etmək və mövcud muştərilərlə iş fəaliyyətini genişləndirmək;
  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
  • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə verilməsi;
  • Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması.

Tələblər

  • Təhsil: Bu sahələrdən biri üzrə ən azı 2 illik iş təcrübəsi: korporativ satış, marketinq, reklam xidmətləri və oxşar sahələr;
  • Marketinq, reklam xidmətləri haqqında ən azından ümumi biliklərə malik olmaq;
  • Əmək haqqı + bonus ilə çalışmaq və nəticə yönümlü olmaq;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti.


Oxşar vakansiyalar