Bakı,
Azərbaycan
02.09.24
-
02.10.24
İş haqqında məlumat
- Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Görüş və təqdimatların təşkil edilməsini təmin etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştərilərə müvafiq sənədlərin ünvanlanması;
- Müştəri tərəfindən tələb olunan müvafiq sənədlərin tərtib və təmin olunması (prekvalifikasiya forması, qiymətləndirmə forması və s.);
- Məhsulun geri qaytarma və dəyişdirmə halları olduğu təqdirdə həllinin təmin olunması;
- Tenderdə iştirak üçün zəruri sənədlərin təmin olunması;
- Zəmanət talonların hazır edilməsi;
- Müştərilərlə satışın stimullaşdırılması və müştəri məmnuniyətinin ölçülməsi məqsədi ilə telefon zənglərinin həyata keçirilməsi;
- Müştəri borcları üzrə məlumatların təmin olunması və müqavilənin tələblərindən irəli gələn maliyyə sənədlərinin Maliyyə departamentinə təqdim edilməsi (Hesab-faktura, qaimə-faktura);
- İş qrafiki: 5 günlük;
- Müqavilə: Əmək müqaviləsi.
Tələblər
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı;
- 1C proqramında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı.
Satış
Maşınqayırma və elektronika