BERC Group

Korporativ satış mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
11.10.23 - 10.11.23

İş haqqında məlumat

  • Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
  • Mövcud müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus);
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: İqtisadiyyat üzrə təhsilin olması üstünlükdür;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis dili üzrə bilikləri olması üstünlükdür);
  • İqtisadi biliklərin olması vacibdir;
  • Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmalı;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilməli;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.


Oxşar vakansiyalar