Moon Group

Korporativ müştəri meneceri

1500 - 2000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
19.04.24 - 19.05.24

İş haqqında məlumat

  • Bazar araşdırması etmək və yeni korporativ müştəri potensialı olan şirkətləri müəyyən etmək, həmin şirkətlərlə görüşlər təşkil etmək, onları əməkdaşlığa cəlb etmək;
  • Mövcud müştəri portfelini idarə etmək, uzun müddət əməkdaşlıq olmadığı hallarda səbəbləri müəyyənləşdirmək, yenidən əməkdaşlıq üçün təkliflər vermək;
  • Korporativ müştərilərlə ilkin razılıq danışıqlarını apardıqdan sonra onları müştəri menecerlərinə ötürmək;
  • Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
  • Görülmüş işlər üzrə hesabatlar vermək;
  • Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi;
  • İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir;
  • Şirkət mətbəə, promo və reklam sahəsi üzrə fəaliyyət göstərir;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C.

Tələblər

  • Cinsi: Xanım;
  • Yaş: 25-35;
  • Təhsil: Ali;
  • Təcrübə: 1-3 il;
  • Kompüter bacarıqları: Microsoft Word, Excel proqramları üzrə biliklər;
  • Yüksək ünsiyyət qabiliyyətinə malik olmalı;
  • Korporativ danışıq üslubuna malik olmalı;
  • Əzmli, qətiyyətli, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı;
  • Şəxsi avtomobili olan kadrlara üstünlük verilir, nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanacaqdır.