Bakı,
Azərbaycan
08.04.24
-
08.05.24
İş haqqında məlumat
- Protokolların, məktubların, arayışların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi;
- Korporativ sənəd dövriyyəsinin uçotu, qeydiyyatı və elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
- Korporativ sənədlərinin vahid arxivinin, həmçinin onun elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
- Məktubların, əmrlərin və rəhbərliyin göstərişlərinin qeydiyyatının aparılması və icralarına nəzarətin edilməsi;
- İş proseslərinin qeydiyyatının və koordinasiyasının aparılması və təşkili;
- Korporativ sənədləşmə və sənəd dövriyyəsinə dair qabaqcıl standartların və effektiv proseslərin tətbiqinin təşkili;
- İşin mahiyyətindən irəli gələn rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali təhsil (hüquq, filologiya, jurnalistika və ya social elmlər istiqamətində arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabiliyyəti;
- Təcrübə: Korporativ katiblik və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Windows Office və Outlook proqramlarında işləmək bacarığı;
- Yüksək kommunikasiya, təşkilatçılıq, təqdim etmə və yazılı ünsiyyət qurmaq bacarığı;
- Yüksək etik davranış və korporativ mədəniyyət keyfiyyətlərinə malik olmalıdır;
- Korporativ mühitə bələd olmalıdır;
- İnternet resurslarını çalışdırmaq və effektiv axtarış aparmaq bacarığı;
- Məsuliyyətli, məhsuldar, ünsiyyətcil, nəzakətli, təmkinli, detallara diqqətli, yaradıcı və təşəbbüslü olmalıdır.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir
Elanın müddəti bitmişdir