Bakı,
Azərbaycan
30.10.23
-
29.11.23
İş haqqında məlumat
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Standart müqavilə formalarını hazırlamaq;
- Etibarnamələrin layihələrini hazırlamaq;
- Əcnəbi mütəxəssislərə iş icazələrinin alınması və ya ləğvi ilə bağlı sənədlərin hazırlanmasında dəstək göstərmək;
- Müvafiq struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmaların aparılmasında dəstək göstərmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Qanunvericiliyə edilmiş əlavə və dəyişlikləri izləmək;
- Müəssisənin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy vermək;
- Hüquqi sənədlərdə dəyişikliklərin qeydə alınması ilə bağlı sənədləri hazırlayır, müvafiq dövlət orqanında müəssisəni etibarnamə əsasında təmsil edir;
- Etibarnamələrin, müqavilələrin və digər sənədlərin notarial qaydada təsdiqlənməsi işini təşkil edir;
- Hüquq sahəsi üzrə birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək;
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı).
Tələblər
- Təhsil: Ali hüquq təhsili;
- Təcrübə: Korporativ hüquq sahəsi üzrə ən az 3 il;
- Dil bilikləri: Rus və ya ingilis dilini bilənlərə üstünlük verilir;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Hüquqşünaslıq
Tikinti və təmir