CREA

Korporativ ERP satış mütəxəssisi

Ə/h razılaşma ilə 80
Tam iş günü
Bakı, Azərbaycan
23.01.24 - 22.02.24

İş haqqında məlumat

  • Restoran, otel ve mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış ve istehsalat ERP (Korporativ Resurs Planlaşdırma) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız gənc və pozitiv komandaya yeni üzvləri dəvət edir;
  • ERP sahəsində satış təcrübəsi olan və yeni məlumatlar öyrənməyə həvəsi olan və tez öyrənən namizədlərə üstünlük verilir;
  • İşgüzar danışıqlar aparmaq qabiliyyəti, networking anlayışı, mövcud network-lərdə işləmə, upselling, cross-selling kimi satış artıran bacarıqlar, müştərilərlə görüş təşkil etmək, yeni müştərilərə şirkətin, satdığı mal və xidmətləri haqqında məlumat verən, bu işləri punktual və peşəkar yerinə yetirən şəxsləri davət edirik;
  • Mail izləmə, mail vasitəsi ilə təqdimatların göndərilməsi, mailin peşəkar cavablandırılması və mail ilə işləmə bacarığı olan;
  • Müştərinin axtarış kanallarında işləmə, yeni müştərilərin cəlb olunması, bütün satış prosesinin idarə edilməsi;
  • Verilən tapşırıqları vaxtında icra etmək, günlük, həftəlik və aylıq fəaliyyət planlamasını aparmaq, şirkət daxili proqramda qeyd etmək və işlərlə bağlı periyodik hesabat vermək;
  • Punktual və məhsuldar işləmə bacarığı, firmanın korporativ brend dəyərinə uyğun dünya görüşünə və məlumat bazasına malik olmaq;
  • Nəqliyyat xərcləri, bəzi komanda üzvləri üçün maşın, korporativ nömrə, telefon və kompyuter şirkət tərəfindən verilir;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 10:00 - 19:00 (Şənbə günü saat 09:00 - 13:00);
  • İş yeri: Əhməd Rəcəbli 219, MZ Plaza.

Tələblər

  • Yaş: 23-35;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili səlis və anlaşılan nitq, ingilis dili arzuolunandır;
  • Satış sahəsində geniş bacarıqlara malik olan;
  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı;
  • Marketing, satış üzrə teorik və pratik biliklərə sahib olan;
  • Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı;
  • İşinə qarşı məsuliyyətli yanaşmaq;
  • İş prosesində müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında və lazımi qaydada icra etmək;
  • B kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar