Azerconnect LLC

Korporativ əlaqələr üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
10.03.23 - 09.04.23

İş haqqında məlumat

  • Şirkətin fəaliyyətindən irəli gələn məqsədləri dəstəkləmək və şirkətin nüfuzunu artırmaq məqsədi ilə korporativ əlaqələr strategiyasını planlaşdırmaq, hazırlamaq və icra etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı press-reliz, məqalələrin hazırlanması, şirkətin web saytı və sosial şəbəkə profillərinin idarə olunması;
  • Şirkətin pozitiv imicinin formalaşması, ictimaiyyətlə əlaqələr sahəsindən irəli gələn strateji hədəflərə çatmaq istiqamətində, eləcə də imicin qurulması işinin sürətləndirilməsi istiqamətində müxtəlif korporativ sosial məsuliyyət layihələri təşəbbüs və icra etmək;
  • Şirkətin fəaliyyətindən irəli gələn müxtəlif tədbirlərin, (mətbuat konfransı, sərgi, seminar, tərəfdaşlarla birgə tədbirlər və.s) təşkil olunması fəaliyyətinin təşkili;
  • İllik korporativ əlaqələr üzrə büdcənin hazırlanması, xərclərin icrasına nəzarət və xərclərin effektiv idarəedilməsi ilə bağlı təkif və təşəbbüslərin irəli sürülməsi;
  • Müxtəlif promo materialların hazırlanması üçün müvafiq işin icrası.

Tələblər

  • Təhsil: Jurnalistika, media, ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət sahəsində ali təhsil;
  • Təcrübə: İctimaiyyətlə əlaqələr, korporativ kommunikasiya sahələrində ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
  • Güclü analitik bacarıqlar;
  • Kompüter bacarıqları: MS Office proqramlarını bilmək;
  • Mürəkkəb məsələləri və ya problemləri müəyyən etmək və həll etmək bacarığı;
  • Press-relizlərin, məqalələrin və digər əlaqəli məlumatların  yazılmasında təcrübə;
  • Jurnallistika və ya ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya sahələri üzrə müvafiq sertifikat;
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar