Era.az

Kontent menecer

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.08.23 - 16.09.23

İş haqqında məlumat

  • Şirkətin veb saytı üçün məzmun yaratmaq və kontentləri yazmaq (haqqımızda, xidmətlər, xidmətlər, FAQ və s.);
  • Şirkətin veb saytına gələn elanların redaktə edilməsi və təsdiqlənməsi;
  • SEO və SMM mütəxəssislərinin tövsiyələrinə uyğun olaraq məzmunu optimallaşdırmaq və tətbiq etmək;
  • Veb saytdakı səhvlərin (məlumat, şəkil) mütəmadi olaraq düzəldilməsi;
  • Davamlı olaraq mobil telefonlar və texnoloji yeniliklərlə bağlı məlumatlar araşdırmaq və saytın xəbərlər bölməsində dərc etmək;
  • Şirkətin səhifələrinə gələn mesajları cavablandırmaq və ya aidiyyatı şəxslərə yönləndirmək.

Tələblər

  • Təcrübə: Məzmun admini və ya məzmun redaktoru kimi təcrübə;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
  • Veb səhifələrin SEO yönümlü informasiya dolğunluğunun təmin etmə bacarığı;
  • SMM strategiyasının hazırlanması və tədbiqi;
  • Məzmun ideyanın yaradılması və plana uyğun gündəlik postların tərtibi;
  • Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
  • Sosial media hesabları və platformalarını idarə etmək və aktivliyi artırmaq üçün mütəmadi paylaşımlar etmək (Facebook, Instagram, Linkedin və s.);
  • Həftəlik, aylıq media planlama işlərinin hazırlanması;
  • Yazılarında səliqəyə xüsusilə fikir vermək;
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı;
  • İdarəçilik və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.


Oxşar vakansiyalar