STP Global Cable

Kommunikasiya üzrə menecer

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
24.08.23 - 23.09.23

İş haqqında məlumat

  • Şirkətlər qrupunun missiyasını və vizyonunu, marketinq strategiyasının müəyyən edilməsi prosesini idarə edir;
  • Bölmənin əsasnaməsini, funksiyalarını və hər vəzifə üzrə vəzifə təlimatlarını müəyyən edir, təsdiqini təşkil edir;
  • Bölmənin işinə rəhbərlik edir, işləri və fəaliyyəti koordinasiya edir, əməkdaşların motivasiyasını və komanda ruhunu inkişaf etdirir;
  • İctimai rəyin formalaşması məqsədi ilə şirkətlər qrupunun imicinə müsbət təsir göstərə biləcək sosial yönümlü layihələri hazırlayır və təkliflər verir;
  • Şirkətlər qrupunun reklam və tanıtım ehtiyaclarını müəyyən edir;
  • Yeni və mövcud layihələr üzrə marketinq strategiyasını hazırlayır, planları və layihələri işləyir və həyata keçirir;
  • Şirkət daxili əməkdaşların mühüm xəbər, məlumat və digər lazımi informasiya təminatını təşkil edir;
  • Bütün marketinq və kommunikasiya aktivliklərini idarə edir və həyata keçirir;
  • Əlaqədar struktur vahidləri ilə mütəmadi əlaqə saxlayır və koordinasiyalı fəaliyyət göstərir;
  • Şirkətlər qrupunun ictimaiyyətlə əlaqədar funksiyalarının effektiv şəkildə həyata keçirilməsində məsuliyyət daşıyır;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir;
  • İctimaiyyətdə şirkətlər qrupu haqda rəyi nəzarətdə saxlayır və mütəmadi təkliflər hazırlayır.

Tələblər

  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı;
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komanda ilə işləmə bacarığı olmalı;
  • Bazar iqtisadiyyatı, biznesin əsaslarını, qiymətləndirmə üsulları, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını bilməli;
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsasları barədə məlumatlı olmalıdır.
  • Vakansiya ilə maraqlanan şəxslər https://stpcareer.com/vakansiya-haqqinda/71 linkinə keçid edərək müraciət edə bilər.