Bakı,
Azərbaycan
26.12.24
-
26.01.25
İş haqqında məlumat
- Hesabatlıq, işin planlaşdırılması və analiz edilməsi;
- Məhsul qəbulunda və emalında kömək – doğru nomenklaturanın və nomenklatura qruplarının təqdim edilməsi;
- Sənəd dövriyyəsinin aparılması: müqavilələr, fakturalar, malların göndərilməsi haqda aktlar, icra olunmuş işlər barədə aktlar;
- Bazarın analizi, rəqib və təchizatçı təkliflərinin monitorinqi;
- Müəyyən edilmiş tapşırıqları vaxtında yerinə yetirmək və hesabat təqdim etmək;
- Sifarişlərin emalı, yerinə yetirilmə və təchizatın izlənməsi;
- Satışlar, müştərilər və məhsullar barədə hesabatların hazırlanması və təqdim edilməsi;
- Qiymət siyasətinin hazırlanmasında və əzarətində kömək etmək;
- Müqavilələr və təchizatlar üzrə öhdəliklərin yerinə yetirilmə müddətlərinin izlənməsi;
- Şirkətin digər şöbələri ilə ümumi məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqə qurmaq;
- Veb saytın məzmununun doldurulması və yenilənməsi (mətndə, şəkillərdə, videolarda dəyişikliklər);
- Məzmunun keyfiyyətinə nəzarət etmək, şirkətin marka standartlarına uyğun olmasına diqqət yetirmək;
- Veb saytın strukturunun hazırlanması və idarə olunması, yeni bölmələrin və səhifələrin yaradılması;
- Saytla bağlı məlumatların inteqrasiyası üçün digər şöbələrlə əməkdaşlıq (məsələn, marketinq, satış);
- İş qrafiki: Həftədə 5 gün, saat 10:00-19:00;
- İş yeri: Çinar Plaza, Bakı, H.Əliyev pr. 152.
Tələblər
- Kommersiya şöbəsində və ya əlaqəli sahədə 1 ildən artıq iş təcrübəsi;
- Çoxsaylı tapşırıqlar və sərt vaxt tələbləri altında işləmək bacarığı;
- Elektronika sahəsində əsas biliklər;
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili – üstünlük təşkil edir;
- Enerji dolu, cəsarətli və pozitiv yanaşma;
- Stresə davamlılıq;
- Nizam-intizamlılıq;
- Microsoft Office və 1C bilikləri, qrafik redaktorlarla yaxşı işləmə bacarığı;
- Rəqəmsal texnikanı bilən ( elektronika ilə işləyən);
- Onlayn platformalar və e-ticarət saytları ilə işləmə təcrübəsi – üstünlük təşkil edir.
İnzibati, Biznes, İdarəetmə
Ticarət