Azerbaijan Energy Regulatory Agency

Köməkçi mütəxəssis

Ə/h razılaşma ilə 175
Tam iş günü
Bakı, Azərbaycan
15.07.24 - 14.08.24

İş haqqında məlumat

  • Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsi;
  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) qanunvericilik və normativ xarakterli akt layihələrinin, inkişaf konsepsiyalarının, strategiyaların məqsədli proqramların hazırlanması ilə bağlı məlumatlar toplayır;
  • Müvafiq sahədə əlverişli investisiya mühitinin formalaşdırılması, stimullaşdırıcı mexanizmlərin tətbiqi və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq təcrübənin araşdırılmasında iştirak edir;
  • Müvafiq sahədə istehsalın diversifikasiyası, investisiyaların cəlb edilməsi və enerji istehsalının səmərəliliyinin artırılması ilə bağlı araşdırmaların aparılmasında iştirak edir;
  • Müvafiq sahədə qəbul olunmuş dövlət proqramları, yol xəritələri, konsepsiyaların və strategiyaların icrası ilə bağlı hesabatların hazırlanması üçün məlumatların toplanmasında iştirak edir;
  • Müvafiq sahədə sağlam rəqabət mühitinin formalaşdırılması, mübahisələrin həlli və istehlakçıların hüquqlarının müdafiəsi məsələləri ilə bağlı beynəlxalq təcrübə əsasında araşdırmalar aparılmasında iştirak edir;
  • Müvafiq sahədə bazar münasibətlərinin formalaşdırılması üçün qabaqcıl beynəlxalq təcrübənin araşdırılmasında iştirak edir;
  • Müvafiq sahədə bazarın liberallaşdırılması məsələləri ilə bağlı araşdırmaların aparılmasında iştirak edir;
  • Seminar, təlim, konfrans, müşavirə və digər tədbirlərdə şöbə müdirinin razılığı ilə iştirak edir və nəticəsi barədə məlumat verir;
  • Şöbəyə daxil olan sənədlərlə tanış olur və icrası tələb olunan müraciətlərin müəyyən edilmiş müddətlərdə cavablandırılmasını təmin edir;
  • Şöbənin Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Tələblər

  • Təhsil: Energetika, iqtisadiyyat, marketinq və ya inzibati idarəetmə üzrə ali təhsil;
  • Yaş: 25-35;
  • Kompüter bacarıqları: Yüksək səviyyədə MS Office bilikləri;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, ingilis dili yüksək səviyyədə, rus dili arzu olunandır;
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
  • Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar