Norm ASC

Kiçik mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
31.10.23 - 30.11.23

İş haqqında məlumat

  • Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada aparması;
  • Əsas vəsaitlər və inventarla bağlı məlumatların məlumat bazasında dəqiq və tam olması üçün tədbirlər görmək;
  • Əsas vəsaitlər və inventarın yoxlanılması zamanı dəyərindəki dəyişiklikləri izləmək və bunların səbəbini müəyyən etmək;
  • İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
  • Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
  • Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
  • Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
  • Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
  • İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
  • Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
  • Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
  • Lazım gələrsə maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək.

Tələblər

  • Təhsil: Ali (İqtisadiyyat, maliyyə və ya biznes üzrə bakalavr dərəcəsi);
  • Təcrübə: Əlaqədar sahə üzrə 1-3 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Kompüter bacarıqları: MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
  • Analitik düşüncə;
  • Effektiv kommunikasiya;
  • Vaxtın düzgün idarə edilməsi;
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma.


Oxşar vakansiyalar