Bakı,
Azərbaycan
11.11.24
-
11.12.24
İş haqqında məlumat
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi;
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək;
- Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək;
- Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək;
- AQTA ilə bağlı müvafiq sənədləşmələri icra etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
- Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək;
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir);
- İş qrafiki: 6 günlük.
Tələblər
- Ali təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar;
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır;
- Təcrübə 1-2 il;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office proqramları (Word, Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər.
Digər
Qida