AzerFloat

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.09.23 - 14.10.23

İş haqqında məlumat

  • Xammal və şüşə şıxtasının kimyəvi və fiziki-kimyəvi analizinin aparılması;
  • Şüşə nümunəsinin kimyəvi analizinin aparılması;
  • Kəsim xəttindən çıxan şüşə lövhələr üzrə nümunələrin analizinin aparılması;
  • İşçilərə laboratoriyada aparılan analizlər haqqında təlim və istifadə olunan avadanlıqların növü, iş prinsipi və xüsusiyətləri haqqında məlumat verilməsi;
  • Etiketlərin çap edilməsi və məhsulun üzərinə yapışdırılması;
  • Gündəlik əldə edilmiş xammal, şıxta və şüşə nümunələrinin analiz nəticələrinin qeyd edilməsi, nəticələrin işlənmiş təlimata və digər texniki sənədlərə uyğun olaraq yoxlanması;
  • Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin, aktları və s. aparılması;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
  • Növbəli iş qrafiki;
  • Tibbi sığorta;
  • Nahar ilə təmin olunma;
  • 20 Yanvar dairəsindən servis xidməti.

Tələblər

  • Təhsil: Ali (Fizika və ya kimya üzrə); 
  • Təcrübə: Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1-3 il;
  • Kompüter bacarıqları: MS Office proqramları, SAP (üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili əla, ingilis dili yaxşı; 
  • Komandada işləmək və işi təşkil etmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Etibarlılıq və dürüstlük;
  • Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini;
  • Maddələrin kimyəvi və fiziki analiz üsulları;
  • Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydaları;
  • Texniki hesablamaların, hesablama və qrafiki işlərin yerinə yetirilməsinin metod və vasitələrini, hesablama texnikasının istismarı qaydaları.


Oxşar vakansiyalar