VIP Aviation Services Company

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

1050 ₼
Tam iş günü
Bakı, Azərbaycan
10.08.23 - 09.09.23

İş haqqında məlumat

  • Şirkətin istehsalat sahələrində prosedur və təlimatlara əsasən göstərilən xidmət proseslərin icrasını  yoxlamaq;
  • Keyfiyyətə nəzarət və qida təhlükəsziliyi üzrə yoxlamalar keçirmək, sənədləşməni icra etmək;
  • Xidmət prosesinin bütün mərhələlərində müvafiq beynəlxalq standartlara və qanunverici tələblərə, Şirkətin daxili prosedur tələblərinə uyğunluğun təmin edilməsi üçün tədbirlərin görülməsi, qida məhsullarının keyfiyyəti və komplektliliyinin yoxlanılması, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi;
  • Aparılmış yoxlamaların nəticələri üzrə mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
  • Əməkdaşların şirkətin daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • İstehsalat sahələrində yeni proseslərin tədbiq edilməsində iştirak etmək və mövcud olan proseslərin təkmilləşdirilməsində təkliflər vermək;
  • Beynəlxalq standartın İSO 9001:2015 tələblərini istehsalat sahələrində tədbiqi, işlək vəziyyətdə saxlanılması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Şirkətin daxili prosedurlarının vaxtaşırı təftişini aparmaq;
  • Proseslərdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, zəruri tədbirlərin görülməsi və uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlərin görülməsi, sahələrdə risk analizinin aparılması.

Tələblər

  • Yaş: 20-35;
  • Təhsil: Ali (aviasiya və ya turizm sahəsində);
  • Təcrübə: 2-4 il (keyfiyyətə nəzarət, audit sahəsində);
  • Kompüter bacarıqları: MS Office proqramları (Word, Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri B2;
  • İSO standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır;
  • Qida məhsulları sahəsində təcrübənin olması arzuolunandır.


Oxşar vakansiyalar